AZ

ABŞ-nin Zəngəzur dəhlizinə nəzarətlə bağlı fikirlər kifayət qədər maraqlıdır – RƏY

ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrakın Zəngəzur dəhlizinə nəzarət etməsi ilə bağlı fikir söyləməsi Cənubi Qafqazda geosiyasi ziddiyyətlər fonunda kifayət qədər maraq doğurur.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O qeyd edib ki, son günlər ABŞ şirkətinin Zəngəzur dəhlizində təhlükəsizliyə nəzarət etməsi ilə bağlı fikirlər genişlənib:

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan nəqliyyat yolları ilə bağlı öz üzərinə düşən məsuliyyəti anlayır və region dövlətləri ilə bu sahədə əməkdaşlığını genişləndirir:

“Gürcüstan, İran, Rusiya ilə əlaqələr inkişafdadır. Ermənistan da bu sahəyə maraq göstərərək sülhün qalıcılığı, təhlükəsizlik və sabitliyin mümkünlüyü istiqamətində qəti addımlar atarsa, Transqafqaz nəqliyyat şəbəkəsi formalaşa bilər. Bu isə təhlükəsizliyin daha da güclənməsinə xidmət edər”.

Seçilən
16
report.az

1Mənbələr