AZ

"Mersedes" komandanın problemləri ilə bağlı təcili iclas keçirəcək

BAKI, 28 iyul. TELEQRAF

Formula 1 komandası "Mersedes" Birləşmiş Krallıqdakı bazasında fövqəladə iclas keçirmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, toplantıya pilotlar Corc Rassel və Andrea Kimi Antonelli, eləcə də əsas departamentlərin rəhbərləri dəvət olunub.

Görüşün məqsədi Macarıstan Qran Prisi öncəsi mövcud problemləri həll etməyə çalışmaqdır.

Hazırda "Mersedes" konstruktorlar çempionatında 220 xalla üçüncüdür. Çempionatın lideri 516 xala malik "Maklaren" komandasıdır.

Macarıstan Qran Prisi avqustun 1-dən 3-dək keçiriləcək.

Seçilən
8
teleqraf.com

1Mənbələr