Bakı. Trend:
“OpenAI” şirkətinin rəhbəri Sem Altman istifadəçilərin “ChatGPT”süni intellekt çat-botu ilə apardığı şəxsi söhbətlərdən məhkəməprosesləri çərçivəsində istifadə oluna biləcəyi ilə bağlıxəbərdarlıq edib.
Trend xəbər verirki, bu barədə “Business Insider” yazır.
“Siz ChatGPT ilə sizin üçün ən şəxsi olan mövzulardadanışırsınız, sonra sizə qarşı qaldırılmış hər hansı iddiada bizimüzərimizi həmin məlumatları çatdırmaq öhdəliyi qoya bilərlər.Məncə, bu, düzgün deyil”, deyə Altman bildirib.
“ChatGPT”nin yaradıcısı olan şirkətin rəhbəri bildirib ki, qanuninsanın psixoterapevt və ya hüquqşünasla ünsiyyətinin məxfiliyiniqoruyur. O hesab edir ki, bu baxımdan, çat-botla aparılanyazışmalar da eyni şəkildə qorunmalıdır.
Bundan əvvəl Massaçusets Texnologiya İnstitutunun alimləriChatGPT-dən istifadə ilə bağlı risklər barədə xəbərdarlıqetmişdilər. Tədqiqatçılar qeyd ediblər ki, süni intellekt əsasındaçalışan çat-botlardan tez-tez istifadə edilməsi tənqidi düşünməqabiliyyətini zəiflədə bilər.