AZ

Beynəlxalq korrupsiya agentliyini bağladılar

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) haqqında əslində hər şey yazılıb, deyilib. Ancaq mövzu akruallığını hələ də saxlayır.

Bu mövzuya yenidən qayıtmağımıza səbəb USAİD-in rəsmən ləğv edilməsi və Prezident Donald Teampın xarici dəstək və mediaya kömək üçün büdcə ayırmalarının ixtisarı haqqında qanunu imzalamasıdır. Söhbət 9 milyard dollar həcmində köməyin dayandırılmasından gedir.

Məlumdur ki, USAİD müxtəlif ölkələrdə, o cümlədən, Azərbaycanda yerli hakimiyyət əleyhinə etirazçı hərəkatları və müxalif medianı da dəstəkləyib. Ancaq dövlət katibi Marko Rubionum da dediyi kimi, qarşıya qoyulan məqsıdə nail olunmayıb. Ona görə də bu il iyulun 1-dən USAİD-in fəaliyyəti dayandırılıb, onun funksiyasını Dövlət Depsrtamenti özü birbaşa yerinə yetirəcək. Ancaq imzalanan qanundan və Dövlət Katibinin şərhlərindən də görünür ki, artıq heç nə əvvəlki kimi olmayacaq. Marko Rubio deyib ki, ABŞ inkişaf etməkdə olan ölkələrlə münasibıtdə "kömək əvəzinə ticarət" prinsipinə üstünlük verəcək.

Doğrudur, The Lansent elmi jurnalında dərc olunmuş elmi araşdırmaların nəticələrinə görə, guya USAİD-in bağlanması yaxın beş ildə bütün dünyada 14 milyon insanın acından ölməsinə səbəb olacaq ki, onlardan 5 min nəfəri uşaq ola bilər. Ancaq bu, Ağ Evə və Dövlət Departamentinə inandırıcı görünmür. Jurnalın dərc etdiyi tədqiqatların müəlliflərinin iddialarından belə çıxır ki, ABŞ hökuməti öz əhalisindəm başqa bütün dünyada 14 milyon nəfəri - Qvineyanın əhalisi qədər insanı yedirib, geydirib, dolandırıb. Ancaq indi Vaşinqton bunun yanlış olduğu qənaətinə gəlib. Əvəzində başqa formul təklif (tətbiq) etmək niyyətindədir. Bu da, Rubionun dediyi kimi, "kömək əvəzinə ticarət" yanaşmasıdır. Bunu izah edərkən, Marko Rubio deyib ki, inkişaf etməkdə olan ölkələrə kömək yox, investisiya lazımdır. Başqa sözlə, ABŞ ölkələrdəki dövlət quruluşuna, daxili siyasi idarəetmə formasına baxmayaraq, ölkələrlə münasibətləri sırf iqtisadi-ticarət maraqları üzərində qurmağı üstün tutur. Əgər siyasi quruluşlara diqqət edilsəydi, ABŞ Avropa İttifaqı ilə aylarla ticarət müharibəsi aparmaz və axırda Avropa Komissiyasının prezidentini danışıqlar masasına oturdub, öz şərtlərini qəbul etdirməzdi.

USAİD-in bağlanması ilə qabarıq şəkildə ortaya çıxan bir məqam da var, bu da dövlət büdcəsindən əvvəllər xarici və yerli mediaya ayrılan vəsaitlərin ixtisar edilməsidir. Bu, həm başqa ölkələrdə yerli medianı maliyyələşdirib, hökumətlərə təzyiq etmək təcrübəsindən imtina edilməsinə aiddir, həm də yerli - Amerika mediasına təsir edir. Onillər ərzində USAİD 715 milyard dollardan çox vəsait xərcləyib. Onun da böyük bir hissəsi yerli medianı maliyyələşdirməyə sərf olunub. Çox qəribə vəziyyət yaranmışdı: ABŞ dövlət büdcəsindən maliyyə alan media, informasiya resursları bir çox hallarda dövlət başçısının, dövlət institutlarının əleyhinə kampaniya aparıb, ya da bu cür kampaniyalarda iştirak edib. Elə Donald Trampın birinci prezidentlik müddətində Prezidentin imzası ilə hər il büdcədən pul alan qəzetlər, telekanallar Prezidentin özünü hədəfə alırdılar. Söhbət heç də tənqiddən getmir. Ona görə Tramp ikinci dəfə hakimiyyətə gələndə bu "ənənə"yə son qoymaq qərarına gəldi. Xatırlayırsınızsa, hələ o dövrdə Tramp The New York Times, The Washington Post və sair media quruluşlarını "dezinformasiya maşını" adlandırmışdı. İndi həmin nəşrlər, eləcə də, The Newsweek jurnalı və sair müxtəlif ölkələrdə, o cümlədən, Azərbaycanda yerli hökumətlərin tənqidçilərini tapır, onlara öz səhifələrində yer ayırır, Trampın rəhbərliyi dövründə ABŞ-la yaxşı münasibətlər quran, yaxud qurmağa çalışan ölkələrin hökumətləri əleyhinə kampaniya aparırlar. Bu, dolayısı ilə Donald Trampa qarşı yönəlmiş bir kampaniyadır.

ABŞ-ın özündə bu media quruluşlarına rəğbət və inam getdikcə azalır. Bunu hətta media-maqnat Cef Bezos özü də etiraf etmişdi. Bu cür etimadsızlıq isə səbəbsiz deyil: bu quruluşlar ikili standartlarla işləyirlər. Yadınızdadırsa, həmin media orqanları neft hasil edən ölkələri ironik şəkildə "petrostate" adlandırırdılar. Ancaq beynılxalq inkişaf deyil, əslində beynəlxalq korrupsiya agentliyi olan USAİD ətrafında qalmaqalda ortaya çıxdı ki, elə özləri neft hasil edən ölkənin dövlət büdcəsindən, yumşaq desək, şübhəli sxemlərlə qidalanırmışlar. Ona görə də Donald Trampın bu qərarı gözlənilən idi və məntiqlidir.

Bir sözlə, USAİD-in kitabı da belə bağlandı.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
bizimyol.info

1Mənbələr