Son mövsümü "Zaqatala"da keçirən müdafiəçi Nemət Şıxəmirovun karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı futbolçu yeni mövsümə digər 1-ci Liqa komandasında başlayacaq.
O, "Mingəçevir"lə razılığa gəlib.
Xatırladaq ki, "Mingəçevir" 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vurub. Aran klubu mövsüm yekunlaşandan sonra gözlənilmədən qarşısına komandanı elitada saxlamaq tapşırığı qoyulmuş baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerinə Ramiz Məmmədov gətirilib. "Zaqatala" isə 5-ci yeri tutub.
Mirağa