Araşdırmaçı jurnalist Cavanşir Həsənli Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilovla bağlı məlumat paylaşıb.
AFN.az xəbər verir ki, o, özünün sosial media hesabında yazıb: "Guya ötən il ictimai qınaqları nəzərə alaraq qudalarının təyinatını ləğv etmişdi. Amma zaman su kimi axar və qudalar agentlikdəki çuxurunu tapar".
Jurnalist paylaşımına faktı sübut edən foto və agentliyin rəsmi saytının linkini əlavə edib: "Qudalardan biri yenə aparat rəhbəri (Fuad Eldar oğlu Quliyev), o biri də müşavir (Əsəd Əli oğlu Şirinov) postunda yerindədir. İnanmırsınız, açın Agentliyin saytını, görün..."
