AZ

"Messinin sevimli qolu" əsəri satıldı

Argentinalı futbolçu Lionel Messinin 2009-cu ildə UEFA Çempionlar Liqasının finalında “Mançester Yunayted”ə vurduğu məşhur qol süni intellekt vasitəsilə rəqəmsal sənət əsərinə çevrilib.

Kulis.az xəbər verir ki, Refik Anadolun müəllifi olduğu səkkiz dəqiqəlik video-instalyasiya həmin epizod əsasında hazırlanıb.

Qolun vurulduğu an Messinin 17 bədən hissəsinə dair biometrik göstəricilər — nəfəsalma, ürək döyüntüləri və hərəkət ritmləri yüksək dəqiqliklə qeydə alınıb və vizual səhnəyə inteqrasiya edilib.

Rəqəmsal incəsənət nümunəsi 12–22 iyul tarixlərində Nyu-Yorkda nümayiş etdirilib. Sərgini 3500 nəfər canlı izləyib.

Qeyd edək ki, əsərin satışından əldə edilən gəlir İnter Mayami CF Fondu və UNICEF-in birgə əməkdaşlığı ilə Latın Amerikası və Karib hövzəsi ölkələrində həyata keçirilən təhsil layihələrinə yönəldiləcək.

Seçilən
3
1
kulis.az

2Mənbələr