"Nyukasl" qapını Aaron Remsdeylə əmanət etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sağsağanlar" 27 yaşlı çərçivə qoruyucusunu satınalma şərti ilə birlikdə icarəyə götürmək istəyir. Onlar ilk təklifini "Sauthempton" klubuna göndərib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Sauthempton" ingilis qapıçı ilə vidalaşmağa hazırdır, lakin onlar yüksək transfer məbləği gözləyir.