Salifu Sumanın "Zirə" klubundan "Malmö"yə transferi bir neçə saat əvvəl rəsmən açıqlandı. 

Offsideplus.az xəbər verir ki, 1 milyon 300 min avroya baş tutan bu keçidlə "Zirə" Azərbaycan futbolunda tarix yazıb. Belə ki, "qartallar" "Qarabağ"dan sonra 1 milyon avronu keçən satışı gerçəkləşdirən ilk Azərbaycan klubu olub. 

Bunu Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində Ceyhun Rzayev açıqlayıb. 

Qeyd edək ki, verilişi bu gün saat 21:00-dan etibarən "Offsidecaps" yutub kanalında izləyə bilərsiniz. 

Videonu təqdim edirik: