AZ

Azərbaycan və Çexiya arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Bakı. Trend:

28 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Çex Respublikasının xarici işlərnaziri Yan Lipavski arasında telefon danışığı aparılıb.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan ilə Çexiyaarasında siyasi, iqtisadi, enerji və digər istiqamətlər üzrəəməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirəolunub.

Azərbaycan ilə Çexiya arasında mövcud siyasi dialoqun vəməsləhətləşmə mexanizminin, eləcə də, qarşılıqlı səfər vətəmaslarının həm ikitərəfli, həm də çoxtərəfli platformalarçərçivəsində əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulanıb.Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişafsəviyyəsindən məmnunluq ifadə olunub.

Telefon danışığı zamanı həmçinin, qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
18
20
az.trend.az

10Mənbələr