"Qalatasaray"ın basketbol komandası yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Con Miksi heyətinə cəlb edib. Amerikalı basketbolçu ilə 1 mövsümlük müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı Miks 2022-ci ildən professional səviyyədə basketbol oynayır. O, Avropada Finlandiya, Niderland və İsraildə çıxış edib.