AZ

Paşinyan "Erməni tarixindən" nəhayət "Ermənistan tarixi"nə keçə bildi...


Faiq Ələkbərli: “Yeni kitabda artıq türkləri işğalçı kimi qələmə verməyəcək, əksinə, onların qədim xalq olduğunu qeyd edəcəklər”

Ermənistanda tarix dərsliyi dəyişdirilir. Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin rəhbəri Janna Andreasyan “Facebook” səhifəsində “Ermənistan tarixi” fənnindən 9-cu sinif dərsliyinin fotolarını dərc edib. O, “Sentyabr ayından məktəblərdə" deyə sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təklifi ilə “Erməni tarixi” fənninin adı dəyişdirilərək “Ermənistan tarixi” adlandırılıb. Əsasnamədə qeyd edilirdi ki, normativ hüquqi akta dəyişikliklər Ümumtəhsil Dövlət Standartının 33-cü və 35-ci bəndlərinin təriflərindəki əhəmiyyətli ziddiyyətlərin aradan qaldırılması zərurəti ilə əlaqədardır.

Maraqlıdır, ermənilər tarix fənninin adını dəyişdirməklə nəyə nail olacaqlar? Onların bunu etməkdə məqsədi nədir?

“Indiki Ermənistan hökuməti ölkənin imicini dəyişmək istəyir, beləliklə, Ermənistanöz konstitusiyasını və tarix kitabını dəyişmək istəyir”

AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ermənilər indiyə qədər öz tarixlərini, konstitusiyanı uydurmalar üzərində kökləmişdi: “Bu uydurmalar və yalanlarla da bölgədə mövqe tuta bilmirdilər, çünki Ermənistan dedikdə yalnız problemli bir dövlət göz önünə gəlirdi. Indiki Ermənistan hökuməti ölkənin imicini dəyişmək istəyir. Beləliklə, Ermənistanöz konstitusiyasını və tarix kitabını dəyişmək istəyir. Bununla da Ermənistanda bugünə qədər göz önündə olan uydurmalardan geri addım atacaqlar və tarix kitabının adınıdəyişdirərək “Ermənistan tarixi” adlandıracaqlar. Ermənilərin tarix kitabının adını dəyişdirməkdə niyyətləri öz səhvlərini müəyyən dərəcədə düzəltməkdir. Əslində, onlar indiki “erməni tarixi” adlanan kitabda haylara aid olmayan, başqa xalqlara məxsus mədəniyyəti, ədəbiyyatı mənimsəmişdilər. Həmin kitabda türk xalqlarının mədəniyyətini, ədəbiyyatını, dövlətçilik ənənələrini özəlləşdirmişdilər. Ancaq yeni kitabda haylarla yanaşı, digər xalqların maraqları da nəzərə alınmalıdır. Ermənistan tarixi adı altında türkün, yunanın öz haqlarını ortaya qoymağa məcbur olacaqlar. Erməni tarixi dedikdə onlar ancaq bir xalqa köklənib, uydurmalarla insanları aldadırdılar. Hesab edirəm ki, yeni kitabda artıq türkləri işğalçı kimi qələmə verməyəcək, əksinə, onların qədim xalq olduğunu qeyd edəcəklər”.

Günel CƏLİLOVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr