AZ

ABŞ helikopteri Ukrayna ərazisində vuruldu

BAKI, 28 iyul. TELEQRAF

ABŞ istehsalı olan "UH-60 Black Hawk" tipli hərbi helikopterlərdən biri Ukraynada məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bu helikopter Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) tərəfindən diversantların daşınması üçün istifadə olunurdu.

Bildirilir ki, iki “Qara Şahin” helikopterindən biri Rusiya ordusu tərəfindən “İsgəndər” operativ-taktiki raketi ilə vurulub.

Məlumatda həmçinin qeyd edilir ki, gecə saatlarında Ukraynada hərbi və enerji infrastrukturuna qarşı genişmiqyaslı hücumlar həyata keçirilib, bu hücumlarda 100-dən çox "Geranium" pilotsuz uçan aparatından (PUA) istifadə olunub.

Bundan əlavə, iyulun 28-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, "Kinjal" hipersəs raketləri ilə də Ukraynadakı hədəflər vurulub.

Seçilən
13
teleqraf.com

1Mənbələr