AZ

Tokayev bu gün Türkiyəyə gedir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 28–29 iyul tarixlərində Ankarada rəsmi səfərdə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,  bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Səfər çərçivəsində Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçiriləcək.

Prezidentlik Külliyəsində baş tutacaq görüşlərdə iki ölkə arasındakı genişləndirilmiş strateji tərəfdaşlığın mövcud vəziyyəti və bu tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə, həmçinin aktual qlobal və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Heyətlərarası danışıqlar zamanı, Türkiyə ilə Qazaxıstan arasındakı münasibətlərin hüquqi bazasını möhkəmləndirəcək bir çox sənədin imzalanması nəzərdə tutulur.

Seçilən
29
operativmm.az

1Mənbələr