''Fənərbaxça'' yeni sponsorunu rəsmən açıqlayıb. İstanbul nəhəngi hələ iyulun 10-da ''Çobani'' şirkəti ilə danışıqlara başlandığını ictimaiyyətə açıqlamışdı.
Danışıqlar uğurla yekunlaşıb və bu şirkət ''sarı-lacivərdlilər''in həm stadion, həm də forma sponsoruna çevrilib.
Qeyd edək ki, türkiyəli iş adamı Hamdi Ulukaya tərəfindən yaradılan ''Çobani'' yoqurt və süd məhsulları hazırlayır. ''Çobani'' uzun illərdi okeanın o tayında ən məşhur və ən çox istifadə edilən yoqurt hesab olunur. Ulukaya həm ''Fənərbaxça'' azarkeşi kimi tanınır, həm də klub prezidenti Əli Koç ilə sıx dostluq edir. Ona görə də belə bir anlaşmanın əldə olunması sürpriz sayılmamalıdı.
Məsələnin maddi detallarına gəlincə, bu şirkətlə stadion sponsorluğu baxımından ''5+5'', forma sponsorluğu baxımından ''2+3'' illik müqavilə imzalanıb. ''Fənər'' stadion anlaşmasından illik 10 milyon avro, forma anlaşmasından illik 4 milyon avro qazanacaq. Bu işbirliyindən sonra hazırda ''Ülkər Arena'' adlanan klubun stadionunun necə adlanacağı maraq doğurur.
Qeyd edək ki, ''Fənər'' bir müddət öncə ''Adidas'' şirkəti ilə də beşillik sponsorluq müqaviləsi imzalamışdı. Bu anlaşmadan klub illik 12 milyon avro gəlir götürəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta