Yeni mövsümə hazırlığı davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Giorgi Karaişvilinin başa çatan müqaviləsini uzatmayıb.
28 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 21 oyunda forma geyinib və 1 qol vurub.
Karaişvili “Sumqayıt”a “Kocaelispor”dan sonra azad agent kimi gəlmişdi.