Türkiyədə sülh masası qurulacaq, müharibə bitəcək.
News365.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, qeyd edib ki, necə ki, Rusiya ilə Ukrayna arasındakı danışıqlar İstanbulda keçirilmişdi, yaxın zamanda Türkiyədə də bir sülh masası qurulacaq.
O, bu təşəbbüslə davam edən qanlı müharibənin sona çatacağına ümid etdiyini vurğulayıb.