BAKI, 28 iyul. TELEQRAF
İran nüvə obyektlərini bərpa etməyə cəhd edəcəyi halda, ABŞ onları yenidən vurmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ artıq İranın nüvə potensialını məhv edib.
"Əgər onlar yenidən başlamağa cəhd etsələr, biz həmin obyektləri barmağınızı şıqqıldatmağa belə vaxt tapmamış məhv edəcəyik. Bunu etməyə məcbur olacağıq”, – Tramp qeyd edib.