AZ

Tramp: Artıq Ukrayna münaqişəsi mənə maraqlı deyil

Artıq Ukrayna münaqişəsi haqqında danışmaqda maraqlı deyiləm.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, o, artıq Ukrayna münaqişəsinin həlli ilə bağlı danışmaqda maraqlı deyil. Bu açıqlamanı Tramp, Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşə dair verilən suala cavab olaraq səsləndirib.

Şotlandiyanın Turnberi şəhərində Böyük Britaniyanın baş naziri Keyr Starmerlə keçirdiyi görüşdən sonra jurnalistlərlə söhbət edən Tramp belə deyib:

“Bilmirəm. Artıq bu barədə danışmaq mənə maraqlı deyil.”

Tramp əlavə edib ki, əvvəllər Rusiya rəhbərliyinin Ukraynadakı münaqişəyə tezliklə son qoyacağına inandığını düşünürdü:

“Həqiqətən bunun bitəcəyini düşünürdüm.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
1
turkustan.az

2Mənbələr