AZ

Ermənistanda çevriliş çağırışında ittiham olunan arxiyepiskop Acanpaxyanın işi üzrə istintaq başa çatıb

Ermənistan İstintaq Komitəsi arxiyepiskop Mikael Acanpaxyan barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb. Bu barədə Ermənistan mediası xəbər verib.

Din xadimi hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə çağırışda ittiham olunur.

İstintaqın versiyasına əsasən, Acanpaxyan bir neçə dəfə verdiyi müsahibələrdən birində keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyana silahlı çevriliş həyata keçirməyi təklif etdiyini bildirib. Onun sözlərinə görə, bu plan silahlı qüvvələr, polis və Milli Təhlükəsizlik Xidmətindəki "sadiq generalların" iştirakı ilə gerçəkləşdirilməli idi.

İstintaq bu açıqlamaları mətbuat vasitəsilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə açıq çağırış kimi qiymətləndirib. Cinayət işinin materialları yaxın günlərdə prokurorluğa göndəriləcək.

N.Təbrizli

Seçilən
13
1
anews.az

2Mənbələr