AZ

Samvel Karapetyan Ermənistan parlamentinin sabiq deputatını məhkəməyə verib

Ermənistanın "Taşir" şirkətlər qrupunun həbsdə olan rəhbəri Samvel Karapetyan sabiq deputat Azat Arşakyanı məhkəməyə verib.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.

S.Karapetyanın vəkilləri keçmiş deputatdan biznesmenin guya "Ermənistan əleyhinə fəaliyyət göstərməsi", "Onun mədəniyyətinin qarət, vergidən yayınma olması" kimi iddiaları təkzib etməsini tələb edirlər. Bundan başqa, iddiada A.Arşakyanın 6 milyon dram (15,6 min dollar) məbləğində təzminat ödəməsi tələbi də yer alır.

S.Karapetyanın vəkilləri ümumilikdə 13 iddia qaldırıblar. Cavabdehlər baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan, hökumət aparatının rəhbərinin müavini Taron Çaxoyan, "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Hayk Koncoryan, politoloq Arutyun Mkrtçyan, bloger Roman Baqdasaryan, Lusine Kesoyan, Levon Şirinyan və Ruben Meqrabyandır.

Xatırladaq ki, S.Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.

Seçilən
4
2
report.az

3Mənbələr