AZ

Ölkəmizdə “Suya dəyər qatırıq” şüarı ilə VI “Xəzər Su İnnovasiya Forumu” keçiriləcək

Bizimyol saytına istinadən ain.az xəbər verir.

12 sentyabr 2025-ci il tarixində Baku Expo Center-də “AQUALİNK” MMC-nin təşkilatçılığı ilə VI “Xəzər Su İnnovasiya Forumu” keçiriləcək. “Suya dəyər qatırıq” şüarı ilə baş tutacaq bu forum, ölkəmizdə su ehtiyatlarının dayanıqlı idarə olunması, ətraf mühitin qorunması və innovativ texnologiyaların tətbiqi mövzusunda geniş təcrübə və fikir mübadiləsi platforması olacaq.

Forumun əsas məqsədi – su ehtiyatlarının davamlı və səmərəli idarə olunması, ətraf mühitin mühafizəsi və bu sahədə innovativ texnologiyaların tətbiqi üzrə yerli və beynəlxalq təcrübələrin paylaşılmasını təşviq etməkdir. Tədbir dövlət qurumları, özəl sektor, elmi və akademik mühit nümayəndələrini bir araya gətirərək, praktik və nəzəri yanaşmaların inteqrasiyasına xidmət edəcək.

Forumda Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkədən beynəlxalq şirkətlərin nümayəndələri və ölkənin aparıcı elm və təhsil müəssisələrinin ekspertləri iştirak edəcəklər.

Davos formatında təşkil olunacaq tədbir çərçivəsində iştirakçılara gün ərzində intensiv fikir mübadiləsi və müzakirə imkanları yaradılacaq. 09:00-dan 18:00-a qədər davam edəcək forumda sahə üzrə mövzuları əhatə edən dörd panel müzakirəsi keçiriləcək:

Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləriƏtraf mühitin qorunması texnologiyaları və təcrübələriTəkrar emal etmə texnologiyaları və onların əhəmiyyətiSuyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi

Panellər müvafiq sahədə ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə təşkil olunacaq. Həmçinin, müzakirələr interaktiv suallar, real nümunələr və yeni texnoloji yanaşmalarla zəngin olacaq.

“Xəzər Su İnnovasiya Forumu” son illərdə ölkəmizdə su və ətraf mühit sahəsində elmi və praktiki biliklərin mübadiləsini təşviq edən nüfuzlu platformaya çevrilib. Bu il də forum iştirakçıları innovativ yanaşmalarla tanış olmaq, ekoloji cəhətdən səmərəli və iqtisadi baxımdan əlverişli həllərin tətbiqi yollarını öyrənmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı VI “Xəzər Su İnnovasiya Forumu”nun rəsmi media tərəfdaşıdır.

Forumla bağlı ətraflı məlumat, proqram və iştirak şərtləri ilə tanış olmaq üçün rəsmi vebsayta və sosial media hesablarımıza daxil ola bilərsiniz:

Sayt: www.wif.azInstagram: https://www.instagram.com/waterinnovationforum/Facebook: https://www.facebook.com/profile.php?id=100082562530028LinkedIn: https://www.linkedin.com/company/85098167/ Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr