AZ

Tramp Starmerlə Şotlandiyada görüşdü

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Turnberri qolf kurortunda görüşüblər.

Publika.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə atəşkəsin təmin edilməsi və enerji əməkdaşlığı olub.

Tramp nüvə enerjisi ilə bağlı danışıqların başladığını bildirərək, Böyük Britaniyanın “Rolls-Royce” nüvə stansiyalarını yüksək qiymətləndirib.

Tərəflər atəşkəsdən sonra Qəzzada görüləcək tədbirləri də planlaşdırıblar.

Seçilən
32
2
publika.az

5Mənbələr