AZ

Quterreş: Qəzza dünyanın gözü qarşısında məhv edilir

BMT-nin baş katibi Antonio Quterreş “Qəzza xalqının dünyanın gözü qarşısında məhv edilməsi və aclıqdan ölməsinə heç vaxt haqq qazandırmaq olmaz” deyib.

Turkustan.az xəbər verir ki, Quterreş BMT-də keçirilən Fələstin probleminin sülh yolu ilə həllinin tapılması və iki dövlətli həllin həyata keçirilməsinə dair Yüksək Səviyyəli Beynəlxalq Konfransın açılışında çıxış edib.

Quterreş bu gün "gözləri açıq şəkildə" üzləşdikləri çətinliklərin fərqində olduqlarını ifadə edərək, İsrail-Fələstin münaqişəsinin "ümidlərə, diplomatiyaya, saysız-hesabsız qərarlara və beynəlxalq hüquqa zidd olaraq" nəsillər boyu davam etdiyini xatırladıb.

Quterreş bildirib ki, münaqişə can almaqda, gələcəyi məhv etməkdə və həm regionda, həm də dünyada sabitliyi pozmaqda davam edir.

Digər tərəfdən, BMT-nin baş katibi Quterreş bu münaqişənin davam etməli olmadığını vurğulayaraq: "Həll yolu mümkündür. Bunun üçün siyasi iradə və cəsarətli liderlik lazımdır. Eyni zamanda bu, reallığın dərk edilməsini tələb edir. Həqiqət budur ki, biz dönüş nöqtəsindəyik. İki dövlətli həll həmişəkindən daha uzaqdadır".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
24
1
turkustan.az

2Mənbələr