AZ

Ərdoğan: Türkiyə Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyinə hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukrayna ilə bağlı liderlər səviyyəsində görüşə ev sahibliyi etməyə hazır olduğunu bir daha bəyan edib.

Operativ Media xəbər verir ki, o, bunu Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Ərdoğan münaqişənin danışıqlar yolu ilə sona çatacağına ümid etdiyini bildirib.

“Bu müharibənin artıq bitməsi lazımdır. Biz hər zaman liderlərin görüşünə ev sahibliyi etməyə hazırıq. Vaxtilə İstanbulda sülh danışıqları masası qurulduğu kimi, yaxın gələcəkdə Türkiyədə sülh masası da qurularaq bu qanlı müharibəyə son qoyacaq”, – o qeyd edib.

Seçilən
6
operativmedia.az

1Mənbələr