AZ

Tramp Putinə verdiyi 50 günlük möhləti qısaltdı – ona 10-12 gün vaxt verirəm...


ABŞ prezidenti Donald Tramp Rusiyaya verdiyi 50 günlük möhlətlə bağlı yeni açıqlama verib.

Tramp Ukraynada sülh prosesi ilə bağlı Rusiyaya verdiyi 50 günlük müddətin artıq etibarlı olmadığını açıqlayıb və bu müddəti 10-12 günə qısaltdığını bəyan edib.

"Mən yeni bir müddət təyin edəcəm — bu gündən etibarən 10 və ya 12 gün. 50 gün gözləməyin mənası yoxdur. Mən səxavətli olmaq istərdim, amma heç bir irəliləyiş görmürük" – deyə Tramp Şotlandiyada Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşdən sonra açıqlamasında bildirib.

Jurnalistlərin Putinlə təkbətək görüşün mümkünlüyü ilə bağlı sualını cavablandıran Tramp artıq Putinlə danışmaq mənə o qədər də maraqlı deyil.

"O, belə gözəl söhbətlər edir, gözəl müzakirə aparır. Növbəti gecə hansısa şəhərə bir raketin atılması nəticəsində insanlar ölürlər”, - deyə Tramp bildirib.

Tramp bundan bir neçə saat əvvəl Putinə verdiyi 50 günlük möhləti qısaldacağını açıqlamışdı.

TAHİR

Seçilən
23
baki-xeber.com

1Mənbələr