Belçikalı qapıçı Tibo Kurtua karyerasını “Real”da bitirmək istəyir.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o özü açıqlama verib:
“Arzum karyeramı “Real”da bitirməkdir. Dünyanın ən böyük klubunda çıxış edirəm”.
Kurtua 2018-ci ildən “Real”ın formasını geyinir. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Tərəflər arasında yeni müqavilə danışıqları davam edir.
33 yaşlı qolkiper ötən mövsümdə La Liqada 30 oyuna çıxıb.