AZ

Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 28-dən avqustun 3-dək müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Üzgüçülük üzrə dünya çempionatı – 11 iyul-3 avqust (Sinqapur);
🔹 Qalaqapı qo üzrə Avropa çempionatı (67-ci Avropa qo konqresi) – 19 iyul-2 avqust (Polşa, Varşava);
🔹 Qılıncoynatma (sablya və şpaqa) üzrə dünya çempionatı – 20-30 iyul (Gürcüstan, Tbilisi);
🔹 Paralimpiya üzrə gənclər arasında Avropa paraoyunları – 21-28 iyul (Türkiyə, İstanbul);
🔹 Kayak və kanoe üzrə gənclər (U23) arasında dünya çempionatı – 22-28 iyul (Portuqaliya, Montemor-o-Velo);
🔹 Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Avropa birinciliyi - 22-30 iyul (İspaniya, Madrid);
🔹 Güllə və stend atıcılığı üzrə Avropa çempionatı (25/50/300m) – 23 iyul-7 avqust (Fransa, Şateru);
🔹 Basketbol üzrə oğlanlar arasında “FİBA U18” Avropa çempionatı (Divizion – 25 iyul-3 avqust (Rumıniya, Piteşti);
🔹 Triatlon üzrə yeniyetmələr arasında Avropa Kuboku (sprint) – 28 iyul (Çexiya, Tabor);
🔹 Sərbəst, yunan-Roma güləşi üzrə U17 dünya çempionatı – 28 iyul-3 avqust (Yunanıstan, Afina);
🔹 Kamandan oxatma üzrə gənclər arasında Avropa Kuboku (2-ci mərhələ) – 28 iyul-3 avqust (Slovakiya, Gatez);
🔹 Alpinizm üzrə gənclər arasında dünya çempionatı (çətinlik, boulderinq, sürət) – 28 iyul-3 avqust (Finlandiya, Helsenki);
🔹 Badminton üzrə "YONEX All England Junior Badminton Championships 2025" – 31 iyul-3 avqust (İngiltərə, Birminqam);
🔹 Cüdo üzrə gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 2-3 avqust (Makedoniya, Skopye).

İdman.biz

Seçilən
40
1
idman.biz

10Mənbələr