AZ

“Karvan” “İmişli” ilə yoxlama oyunu keçirəcək

2025/2026-cı illər mövsümünə hazırlığını davam etdirən “Karvan” qarşıdakı günlərdə daha bir yoxlama oyununda qüvvəsini sınayacaq.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, komanda “İmişli” ilə qarşılaşacaq. İyulun 30-da Qəbələ şəhər stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

Xatırladaq ki, sözügedən komandaların hər ikisi yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaqlar.

Seçilən
18
arena.az

1Mənbələr