Fransa Kassasiya Məhkəməsi Suriyanın sabiq prezidenti Bəşər Əsədin həbsinə verilmiş orderi ləğv edəndən sonra Paris prokurorluğu onun yenidən həbs olunmasına dair qərar verilməsini tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Fransa prokurorluğu Bəşər Əsədin insanlıq əleyhinə və müharibə cinayətlərində iştirak ittihamını əsas gətirərək ona qarşı həbs qərarı verilməsini və bu həbs qərarının beynəlxalq səviyyədə yayılmasını tələb edib.
Xatırladaq ki, Fransa 2013-cü ildə kimyəvi hücumda iştirakda ittiham olunan B.Əsədin həbsi üçün ilk beynəlxalq orderi 2023-cü ilin noyabrında verib.