AZ

“Temu”nun fəaliyyətinə xitam verilə bilər


Avropa Birliyi (AB) Çinin elektron ticarət şirkəti “Temu” şirkətini qanunsuz məhsullarla lazımı səviyyədə mübarizə aparmamaqda ittiham edib.
Gender.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, AB-nin texnologiya qaydalarına əsasən, Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar ciddi qaydalara əməl etməlidir. Ancaq “Temu”nun AB qaydalarına uyğun olaraq qeyri-qanuni məhsulların yayılması ilə bağlı riskləri qiymətləndirmək öhdəliyini pozduğu aşkar edilib.
Ona görə də AB Komissiyasının ilkin nəticələri təsdiqlənərsə, şirkət cərimələrlə üzləşəcək. Hətta, təkrar qayda pozuntusu olarsa, “Temu”nun AB-də fəaliyyətinə xitam verilə bilər.

Seçilən
13
8
gender.az

9Mənbələr