AZ

Nigar Camalın geyimi onun da xoşuna gəlmədi: “Əxlaq sizin üçün önəmli deyil”

"Müğənni Nigar Camal açıq-saçıq geyiminə görə onu tənqid edənlərə deyib ki, "biz səhnə insanıyıq, belə daha maraqlı olur". Bu cür insanlar müasirlik deyəndə elə bilirlər ki, mütləq soyunmalısan, idman zalında arxanı oynadıb video paylaşmalısan və hökmən də bir "gey" dostun olmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu sosial media hesabında "Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasov yazıb.

O, Nigar Camalın geyimi ilə bağlı müzakirələrə qoşularaq əlvə edib: Pepperoni pizza

"Qadın bədəni paltarsız pis görünür, ay müasir xanım. Gör, heç çimərlikdə qadınlar maraqlı olurmu? Axı qadın soyunduqca adiləşir. Qadına gözəllik verən onun geyimi və abırıdır. Müasirlik deyə-deyə xalqın sonunu gətirməyin. Bilirik ki, əxlaq sizin üçün önəmli deyil, amma bizim üçün çox vacibdir. Müasirlik soyunmaqda deyil, düşüncə tərzində olur".

Xatərladaq ki, "Avroviziya" qalibi Nigar Camalın "Dream Fest"dəki səhnə geyimi Əməkdar artist Fərqanə Qasımovanın tənqidinə səbəb olub. Camal isə sərt cavabında qadının seçim azadlığını vurğulayıb və şəxsi həyatına müdaxiləni qınayıb.


Telegram kanalımız
Seçilən
120
3
yenisabah.az

10Mənbələr