AZ

Süni intellekt səhv etdi, universitet üzr istədi - FOTO

Süni intellekt səhv etdi, universitet üzr istədi - FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəsmi saytında Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin ad və soyadları **ingilis dilinə fərqli formada tərcümə olunub**.

AFN.az xəbər verir ki, bu barədə məlumatı “Grammar AZİ” yayıb. Məlumatda göstərilir ki, universitetin saytında süni intellekt texnologiyası tətbiq olunduqdan sonra bəzi adlarda tərcümə xətaları yaranıb.

Məsələ ilə bağlı ADMİU rəsmi sosial şəbəkə hesabında **açıqlama** yayıb. Bildirilib ki, xarici istifadəçilər və beynəlxalq partnyorlar üçün **əlçatanlığı artırmaq məqsədilə** DeepL Translate modulu sistemə inteqrasiya edilib. Bu modul sayta əlavə edilmiş statik və dinamik kontenti avtomatik olaraq müxtəlif dillərə tərcümə edir.

Açıqlamada qeyd edilib: “Yenilik nəticəsində **xəbərlər, elanlar və yeniliklər** avtomatik tərcümə olunur. Sistem çoxsaylı dillərdə yayıma imkan yaradır və bu da beynəlxalq auditoriyanın genişlənməsinə xidmət edir”.

Lakin texniki yeniləmə zamanı bəzi şəxsi adların **səhv formada tərcümə edildiyi** məlum olub. Universitet rəhbərliyi bu səbəbdən adlarında yanlışlıqlar yaranan sənətkarlardan **üzr istəyib** və texniki komandanın dərhal məsələni araşdırıb düzəlişlərə başladığını bildirib.

ADMİU rəhbərliyi qeyd edib ki, gələcəkdə belə halların qarşısını almaq üçün texniki nəzarət daha da gücləndiriləcək.

Seçilən
39
afn.az

1Mənbələr