AZ

Şəkidə iki maşın toqquşdu - Ölən var

Yazını böyüt
Yazını kiçilt

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu gün Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
55
25
hafta.az

10Mənbələr