AZ

Putin Netanyahu ilə danışdı

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Adalet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Rusiya lideri xüsusilə Suriyanın birliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyini bəyan edib. Bundan əlavə, iki lider telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Telefon danışığının sonunda Rusiya prezidenti və İsrailin baş naziri beynəlxalq və ikitərəfli gündəlikdəki aktual məsələlər üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Seçilən
20
3
adalet.az

4Mənbələr