AZ

Nizami Alışanın cinayət işi: Nazirliyin işçisi ifadə verdi

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

3 nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisi əlavə şahid kimi ifadə verib.

O, hakim və vəkillərin müəyyən suallarını cavablandıraraq inzibatçı tərəfindən istifadəçi hesablarının bloklanmasının mümkün olduğunu təsdiqləyib. Marqarita pizza

Şahid bildirib ki, inzibatçı tərəfindən bloklanan səhifəni bərpa etmək mümkün deyil. Mütəxəssis korporativ imeyldən yazışmaların müəyyən oluna biləcəyini də bildirib.

Daha sonra mobil operatorlardan məlumatlarla bağlı verilən sorğunun nəticəsi elan edilib.

Təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək “İnvestAZ”ın İdarə Heyətinin üzvü Ceyhun İbrahimovun məhkəməyə şahid qismində çağırılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib. Məhkəmənin növbəti iclası iyulun 31-nə təyin edilib.

İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Usubov, Babək Məmmədzadə və Yadigar İsrafilov - tanınıb.

Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
6
yenisabah.az

7Mənbələr