AZ

Azərbaycan Karate Federasiyasında "Qaynar Xətt" fəaliyyətə başladı

BAKI. 28 iyul. TELEQRAF

Azərbaycan Karate Federasiyasında Qaynar Xətt xidməti istifadəyə verilib.

Qurumun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, məqsəd şəffaflığın təmin olunması, etik davranış prinsiplərinin qorunması və neqativ halların qarşısının alınmasından ibarətdir.

Qaynar Xətt vasitəsilə bir sıra məsələlər üzrə müraciətlərin qəbul olunması nəzərdə tutulur:

• Qeyri-qanuni fəaliyyətlərlə bağlı məlumatlar;
• Sənəd, diplom və digər rəsmi sənədlərin qanunsuz verilməsi halları;
• Məşqçilər və idmançılar arasında etik davranış normalarının pozulması;
• Haqsızlıq, ayrı-seçkilik və sui-istifadə hallarına dair məlumatlar;
• Digər bu qəbildən olan şikayət və təkliflər.

Qaynar Xəttə daxil olan bütün müraciətlər anonim əsasda qəbul olunur və müraciət edən şəxsin kimliyi tam məxfi saxlanılır.

Seçilən
23
teleqraf.com

1Mənbələr