AZ

Yayın sevimli salatı sizi xəstə edə bilər: Pomidor-xiyarın gizli təhlükəsi

Təzə xiyar və pomidordan hazırlanan mayonezli salat yayda sağlamlıq üçün ciddi riskə çevrilə bilər.

E-saglam.az xəbər verir ki, Roskaçestvo Qida Təhlükəsizliyi Mərkəzinin rəhbəri Yelena Spetsenko xəbərdarlıq edib ki, bu populyar salat düzgün şəraitdə saxlanmazsa, zəhərlənmə riski çox yüksəkdir.

Spetsenko izah edib ki, əsas təhlükə sous – yəni mayonezdədir. Yüksək temperaturda mayonez bakteriyaların çoxalması üçün ideal mühit yaradır. Salat otaq temperaturunda cəmi 30-40 dəqiqə qaldıqda belə, stafilokok, salmonella və E. coli kimi zərərli mikroorqanizmlər sürətlə artır.

Mütəxəssislər yayda xüsusilə kafe və supermarketlərdə satılan hazır salatlardan ehtiyatlı olmağı tövsiyə edir. Özünüzü qorumaq üçün salatı yalnız yeməyə yaxın hazırlamaq, otaq temperaturunda maksimum 2 saat saxlamaq və tərəvəzləri soda ilə yaxşıca yumaq tövsiyə olunur.

Alternativ olaraq, mayonez əvəzinə bitki yağı və ya qatıq əsaslı souslardan istifadə salatı həm daha təhlükəsiz, həm də yüngül edə bilər. Əgər salat soyuducuda saxlanacaqsa, bu, bakteriyaların yayılmasının qarşısını alır.

Salatda turş qoxu, dad və ya görünüş dəyişikliyi varsa, onu yeməkdən imtina edin – bu, ilk xarab olma əlamətidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
8
e-saglam.az

1Mənbələr