AZ

Sahibə Qafarova Baş katiblə görüşdü

Yazını böyüt
Yazını kiçilt

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.

Milli Məclisdən hafta.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini məmnunluqla xatırladaraq, Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib. Bildirilib ki, Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli platformadır.

Söhbət zamanı Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunması müsbət qiymətləndirilib. Milli Məclisin deputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasından məmnunluq ifadə edilib.

Seçilən
2
33
hafta.az

10Mənbələr