AZ

Göyçayda mikroavtobus ağaca çırpıldı, sürücü xəsarət aldı

GÖYÇAY, 28 iyul. TELEQRAF

Göyçayda mikroavtobusun ağaca çırpılması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Göyçay-Bərgüşad yolunun Şıxbəy kəndindən keçən hissəsində qeydə alınıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, Göyçay rayon sakini, 1971-ci il təvəllüdlü Xaləddin Nəsrullayev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusla hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib və nəqliyyat vasitəsi yolun əks istiqamətindəki ağaca çırpılıb.

Qəza nəticəsində sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Onlar tərəfindən sürücü nəqliyyat vasitəsindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Xəsarət alan sürücü Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr