AZ

Ukrayna bu qurumdan çəkildiyini açıqladı

Ukrayna Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə (AASQM) iştirakını rəsmən dayandırır. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi müqavilənin aktuallığını itirdiyini bildirib. Qeyd olunub ki, Rusiya Federasiyasının müqavilədən çıxması və NATO ölkələrinin iştirakını dayandırmasından sonra sənəd Ukraynanın milli təhlükəsizlik maraqlarına uyğun gəlmir.

Xatırladaq ki, 1990-cı ildə imzalanmış AASQM sənədi Avropa ərazisində dövlətlərin sahib ola biləcəyi tankların, zirehli texnikaların, artilleriya qurğularının, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayına məhdudiyyət qoyurdu.

Natiq Səlim,
KONKRET.az

Seçilən
10
1
konkret.az

2Mənbələr