AZ

Qubadlıda avtomobil qəzasında yaralananların vəziyyəti açıqlandı

27.07.2025-ci il tarixində saat 19:30 radələrində Qubadlı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

"Xəsarət alan şəxslərdən 2001-ci il təvəllüdlü şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstititutuna, 1994-cü il təvəllüdlü şəxs isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub.

1999 və 1994-cü il təvəllüdlü şəxslərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.

xxx

16:20

Qubadlıda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qubadlı rayonu ərazisində hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alanlar Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Əliyev Rauf Rafayil oğlu, 1999-cu il təvəllüdlü Alkərəmov İntiqam Mətləb oğlu, 2001-ci il təvəllüdlü Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Heydərov İlqar Elşən oğlu Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr