ABŞ Tayvana 42 ədəd M1A2T “Abrams” tankının ikinci partiyasını təhvil verib.
Qaziler.az bildirir ki, bu barədə “Taipei Times” xəbər verir.
Hərbi texnika iyulun 27-də təhvil verilib və Hsinçu qraflığında tank təlimi bölməsinə aparılıb.
Hesabatda bildirilir ki, tanklar şənbə günü axşam Taypey limanına çatmalı idi, lakin tayfunun yaratdığı əlverişsiz hava şəraiti səbəbindən çatdırılma gecikib.
Brezentlə örtülmüş avtomobillər hərbi və mülki polisin mühafizəsi altında mülki qoşqularda daşınıb. Bu çatdırılma 2019-cu ildə Vaşinqton tərəfindən təsdiqlənmiş 2,2 milyard dollarlıq müqavilənin bir hissəsidir. Tayvan ümumilikdə 108 ədəd “Abrams” tankı alacaq. 38 ədəddən ibarət ilk partiya 2024-cü ilin sonunda, sonuncu partiyası olan 28 tankın isə 2026-cı ildə çatdırılması gözlənilir.
QAZİLER.AZ