GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukraynalı jurnalist və ictimai xadim Dmitri Qordon Qarabağ məsələsində Azərbaycanın əldə etdiyi uğurun Ukrayna üçün nümunə olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Şuşaya səfəri barədə danışarkən bildirib.
“Azərbaycan bizim üçün böyük nümunədir. Hamı sizə deyəndə ki, torpağınızı geri ala bilməyəcəksiniz, hətta dostlar və tərəfdaşlar da bundan əl çəkin, razılaşın deyəndə, Azərbaycan səbrlə, planlı şəkildə hazırlaşdı və öz torpaqlarını qaytardı,” – deyə Qordon vurğulayıb.
Jurnalist qeyd edib ki, Şuşada şəkil çəkdirərkən öz doğma şəhərlərini – Mariupol, Donetsk, Luqansk, Simferopol və Yaltanı düşündüyünü bildirib:
“Azərbaycanda olarkən hər zaman öz torpaqlarımızı düşünürdüm. Əminəm, mən bir gün həmin şəhərlərdə də şəkil çəkdirəcəyəm”.
Qordon Azərbaycanın yalnız torpaq məsələsində deyil, həm də digər sahələrdə – korrupsiya ilə mübarizə, vətənpərvərlik və düşünülmüş xarici siyasət sahəsində də nümunə olduğunu söyləyib:
“Azərbaycanla beynəlxalq arenada hesablaşırlar və bu, böyük uğurdur”.
Sonda isə o, Azərbaycana səfərindən məmnun qaldığını bildirib:
“Bu gözəl ölkədə olmaq mənim üçün böyük xoşbəxtlikdir”.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.