AZ

Bakıda kişi binanın 11-ci mərtəbəsindən yıxılaraq ölübVİDEO

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 49 yaşlı kişi faciəli şəkildə həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, 16 mərtəbəli binanın sakini Roman Dünyamalıyev 11-ci mərtəbədən yıxılıb.

Səhər saatları olduğundan yaxınlıqda çox adam olmayıb. Görən şəxslər dərhal aidiyyəti qurumlara xəbər veriblər.

Qeyd edək ki, Roman Dünyamalıyev ailəsi ilə birlikdə o binada yaşayırmış. Həmin gün oğlanları ilə bir yerdə olub. Hadisənin hansı səbəbdən baş verdiyi isə dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  



 

Seçilən
20
xezerxeber.az

1Mənbələr