"Sumqayıt" növbəti transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, komanda "Qarabağ"dan ayrılan futbolçu Rüstəm Əhmədzadə ilə müqavilə bağlayıb.
24 yaşlı hücumçu karyerasını "Sumqayıt"da davam etdirəcək. O, Qəbələdə hazırlıq keçən klubun düşərgəsinə qoşulub.
Qeyd edək ki, Rüstəm Əhmədzadə son olaraq icarə əsasında "Zirə"nin formasını geyinib.
İdman.biz