Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qəza zamanı aşmış yol nişanlarının sürücülər üçün təhlükə yaratması ilə bağlı videogörüntü dərc etmişdik. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkət istiqamətini və üstünlüyü bildirən yol nişanları aşaraq yolun kənarına düşüb. Bu isə yolayrıcında sürücüləri çətin vəziyyətə salırdı.
Videogörüntü dərc edildikdən dərhal sonra aidiyyəti qurumlar hərəkətə keçərək problemi aradan qaldırıb. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, yol nişanları əvvəlki yerinə bərpa edilib.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.