AZ

İranlı komandiri terror aktı nəticəsində öldürüldü

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İranın Sistan və Bəluçistan əyalətində yerləşən Zahidan şəhərində yarıhərbi “Bəsic” qüvvələrinin komandiri Cavad Kərimkoşte terror aktı nəticəsində qətlə yetirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın Quru Qoşunlarına bağlı Qüds Regional Qərargahı məlumat yayıb.

Açıqlamada bildirilir ki, hadisə Zahidanın Şirabad bölgəsində baş verib və terror aktı kimi qiymətləndirilib. Komandir İmam Hadi məscidində ibadət edənlərin təhlükəsizliyini təmin edərkən silahlı hücuma məruz qalıb.

Qətl hadisəsi, radikal “Ceyş əl-Ədl” silahlı qrupunun Sistan və Bəluçistan əyalətinin Ədliyyə İdarəsinin binasına hücumundan bir gün sonra baş verib. Həmin hücumda da bir neçə təhlükəsizlik əməkdaşı hədəfə alınmışdı.

Qed edək ki, sözügedən bölgə son illər İranda ən gərgin və təhlükəli bölgələrdən biri kimi tanınır. Separatçı və silahlı radikal qrupların fəaliyyət göstərdiyi əyalətdə tez-tez terror aktları və toqquşmalar qeydə alınır.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
globalinfo.az

1Mənbələr