AZ

Gürcüstan sərhədini keçmək istəyənlərin NƏZƏRİNƏ: Müvəqqəti qalmaq üçün...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dariali” keçid məntəqəsində beynəlxalq mühafizə tələbi ilə Gürcüstana daxil olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti qalması üçün yerlər yaradılacaq.

Globalinfo.az bildirir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Qeyd olunur ki, layihənin smeta dəyəri 300 min lari (111 min dollar) təşkil edir.

Belə bir yer oktyabrın 1-dən qüvvəyə minən “Beynəlxalq mühafizə haqqında” yeni qanuna əsasən təşkil olunacaq.

Sənədə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Gürcüstanla sərhəddə və ya tranzit zonada beynəlxalq mühafizə üçün müraciət etmək hüququ yaranacaq. Həmin şəxs ölkəyə buraxılmadan birbaşa sərhəd məntəqəsində müraciətinə baxılacaq.

Gürcüstan Daxili İşlər Nazirliyi layihə ilə bağlı əsaslandırmasında qeyd edib ki, son vaxtlar Rusiyadan Gürcüstan sərhədini etibarsız sənədlərlə keçməyə cəhd göstərənlərin sayı artıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
2
globalinfo.az

3Mənbələr