BAKI. 28 iyul. TELEQRAF
Yay təlim-məşq toplanışını Bakıda planlaşdıran "İmişli" komandasının hazırlıq planında dəyişiklik edilib.
Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, əyalət təmsilçisi bu gün Qəbələ şəhərinə bir həftəlik toplanışa yola düşüb.
"İmişli"nin “Karvan” və “Qəbələ” ilə yoldaşlıq oyunlarımız Qəbələ şəhər stadionunda keçiriləcək.